RU

Holann "Araz-Naxçıvan"ın moldovalı qapıçısını 5 dəfə məyus etdi

Norveç millisinin futbolçusu Erlinq Haland XXI əsrin rekorduna imza atıb.

Operativ Media xəbər verir ki, 25 yaşlı hücumçu buna Moldovaya qalib gəldikləri (11:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda 5 qol vurmaqla nail olub. Penta-trik edən forvard adını tarixə yazdırıb.

Haland cari əsrdə dünya çempionatlarının seçmə mərhələsində bir qarşılaşmada beş qol vuran ilk oyunçudur. Bu həm də 1977-ci ildən sonra belə görüşlərdə ilk penta-trikdir. Həmin vaxt Hans Krankl Malta ilə matçda rəqib qapısına beş dəfə yol tapıb.

Qeyd edək ki, Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində I qrupunda 15 xalla liderdir.

Избранный
97
operativmedia.az

1Источники