RU

Rusiya PUA-larının Polşada nə işi?- Zelenski və Tusk sərt reaksiya verdi

Ukrayna Prezidenti Vladimir Zelenski ötən gecə baş verən kütləvi hücum barədə danışarkən ən azı səkkiz ədəd "Şahed" tipli zərbə PUA-sının Polşaya daxil olduğunu açıqlayıb.

"Bu, təsadüf adlandırıla biləcək tək bir dron deyil, Polşaya yönəlmiş ən azı səkkiz zərbə aparatı idi. Bu, Avropa üçün son dərəcə təhlükəli presedentdir. Növbəti addımlar artıq tam şəkildə tərəfdaşların koordinasiyasından və gücündən asılıdır. Ruslar nəticələri hiss etməlidirlər. Rusiya başa düşməlidir ki, müharibəni genişləndirmək olmaz və onu dayandırmaq məcburiyyətindədir", - Zelenski bildirib.

Olaylar.az xəbər verir ki, Ukrayna lideri həmçinin Qərbin sanksiya siyasətindəki ləngiməni tənqid edib:
"Rusiyaya və onun tərəfdaşlarına qarşı məhdudiyyətlərin ertələnməsi hücumların qəddarlığını yalnız artırır. Rusiya ilə mübarizədə kifayət qədər silah lazımdır. Güclü cavab isə yalnız birgə - Ukraynanın, Polşanın, Avropa dövlətlərinin və ABŞ-ın cavabı ola bilər".

Hadisəyə Polşa Baş naziri Donald Tusk da münasibət bildirib. O, rus PUA-larının ölkə ərazisinə daxil olmasını pisləyərək, bir sıra pilotsuz aparatların Polşa hava qüvvələri tərəfindən vurulduğunu açıqlayıb. Tusk vurğulayıb ki, Polşa bu cür təhlükələrə qarşı NATO müttəfiqləri ilə birlikdə adekvat cavab verməkdə qərarlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
1
olaylar.az

2Источники