RU

Qala-Pirallahı yolunda xəsarət alanların son durumu

Sentyabrın 8-də Qala-Pirallahı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunmuş şəxslərdən 6 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Bildirilib ki, hazırda 2 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Qeyd edilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən 13 nəfər ambulator müalicə üçün evə buraxılmışdı.

Xatırladaq ki, sentyabrın 8-də  saat 06:30 radələrindən Qala-Pirallahı yolunda “Hyundai” markalı (99-XM-330 dövlət nömrə nişanlı) minik avtomobili ilə “Mercedes” markalı (10-XE-462 dövlət nömrə nişanlı) mikroavtobus toqquşub. Qəza nəticəsində 19 nəfər xəsarət alıb. 

Aqil Qarayev


Избранный
119
news24.az

1Источники