RU

AMEA-da Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş müşavirə keçirilib

AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda imzaladığı üçtərəfli bəyannamənin müddəaları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, Milli Məclisin deputatları, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, elmi katibləri, gənc alimləri və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar və bunun ardınca Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Akademik İsa Həbibbəyli bildirib ki, əldə edilmiş razılaşma Prezident İlham Əliyevin uzun illərdir apardığı yorulmaz, çoxcəhətli fəaliyyətinin nəticəsidir və bu uğurun dünyanın bir nömrəli dövlətinin paytaxtında baş tutması dövlətimizin başçısının nüfuzunun bariz göstəricisidir.

AMEA rəhbəri  vurğulayıb ki, bu Bəyannamə və Saziş mətninin paraflanması Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini baxımından tarixi hadisə, Prezident İlham Əliyevin böyük siyasi, diplomatik qələbəsidir.

Bu qələbəyə gətirib çıxaran tarixi hadisələri diqqətə çatdıran AMEA prezidenti bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror tədbirlərilə dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması nəticəsində tam qələbəmiz təmin edildi, sülh sazişinin paraflanması isə qəti qələbəmizi təsdiqlədi: “8 avqust Birgə Bəyannaməsi yekun sülh sazişinin qaçılmaz olduğunu təsdiqləyir.  Azərbaycanın və Ermənistanın sülh sazişinin mətnini paraflaması qəti qələbəmizdən xəbər verir. Prezident İlham Əliyev tam və qəti qələbəmizin müəllifidir. Bu, Azərbaycan tarixinin təkrarolunmaz hadisəsidir. Azərbaycanın min illik tarixində İlham Əliyevin əbədi möhürüdür”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, paraflanmış mətn artıq Azərbaycan və Ermənistan ictimaiyyətinə təqdim olunub və qonşu ölkənin konstitusiyasında ölkəmizə və Türkiyəyə qarşı düşmənçiliyi ifadə edən sözlərin çıxarılmasından sonra yekun sazişin imzalanması baş tutacaq.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin Vaşinqtonda əldə etdiyi digər bir tarixi nailiyyət isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qərarın qəbul olunması olub və bununla bağlı tərəflər rəsmi şəkildə ATƏT-ə müraciət ünvanlayıblar və bu addım beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.

Prezident İlham Əliyevin Vaşinqton səfərinin bir çox tarixi nailiyyətlərlə yadda qaldığını qeyd edən akademik İsa Həbibbəyli bunlardan digər önəmli hadisənin isə ABŞ-ın ölkəmizə qarşı qəbul etdiyi 907-ci düzəlişin 33 il sonra Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində qüvvədən düşməsi olduğunu deyib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidenti ilə birgə keçirdiyi görüşdə əldə olunan ən böyük razılaşmadan biri də ölkəmizin əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək Zəngəzur dəhlizi, yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılığın əldə edilməsi olub. Zəngəzur dəhlizinin istifadəyə verilməsinin region dövlətləri üçün əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli marşrutun açılması ilə Qədim İpək yolunun bərpa olunacağını, bundan ilk növbədə blokada şəraitində yaşayan Ermənistanın iqtisadi cəhətdən faydalanacağını söyləyib.

Cənab Prezidentin Vaşinqtonda əldə etdiyi tarixi nailiyyətlərin cəmiyyətdə, mediada, sosial şəbəkələrdə və beynəlxalq elmi müstəvidə təbliğində Azərbaycan alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının məqalə və müsahibələrlə mediada çıxış etmələri, respublika və beynəlxalq konfranslarda bu mövzuda məruzələr təqdim etmələri barədə tapşırıqlarını verib, bunun alimlərimizin dövlətimiz qarşısında mənəvi borcu olduğunu bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının uzun illər ərzində apardığı uğurlu xarici siyasət nəticəsində Vaşinqtonda Ermənistanla sülh sazişinin mətninin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvi, Zəngəzur dəhlizinin açılması və 907-ci düzəlişin ləğvi ilə bağlı qəbul olunmuş tarixi qərarlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Akademik İsa Həbibbəyli AMEA-nın çoxminli kollektivi adından bizə yaşatdığı misilsiz zəfərlərə və qürur dolu anlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, dövlətimizin güclənməsi naminə yorulmaz fəaliyyətində ölkə başçısına cansağlığı, uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan tarixinin mühüm mərhələlərindəndir və sülhə, tərəqqiyə xidmət edən tarixi bir ziyarətdir. Vurğulayıb ki, bu səfərin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və Prezident İlham Əliyev dünya miqyasında nüfuzlu lider kimi qəbul olunur. O, həmçinin bu bəyannamənin regionda biomüxtəlifliyin bərpasına da öz töhfəsini verəcəyini söyləyib.

AMEA-nın müşaviri akademik Yaqub Mahmudov isə çıxışında qeyd edib ki, bugünkü tədbir Azərbaycan Prezidentinin tarixi uğurlarına elmimizin mövqeyinin nümayişidir. O bildirib ki, elmi informasiya hazırlanması məsələsi daim dövlət başçımızın diqqət mərkəzində olub və bu gün yaşadığımız şanlı tarix onun birbaşa əsəridir.

Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova bildirib ki, Vaşinqtonda sülh sazişinin paraflanması 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin diplomatik nəticəsidir və Prezident İlham Əliyevin uzun illərdir apardığı güclü uzaqgörən xarici siyasətin şərəfli yekunudur.

AMEA-nın akademik-katibi akademik Arif Həşimov çıxışında diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Vaşinqtonda əldə etdiyi tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının və arzularının təcəssümüdür.

Müşavirədə çıxış edən Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov isə vurğulayıb ki, Azərbaycan heç zaman bu qədər güclü olmayıb və son 5 ildə dövlətimizin bütün maraqları aparılan güclü diplomatik siyasət nəticəsində təmin edilir. Vətən müharibəsindən sonra Azərbaycanın sülh yolunu əsas tutduğunu deyən Vasif Qafarov qeyd edib ki, bu addım regionda təhlükəsizlik və əməkdaşlıq üçün geniş perspektivlər açıb. Bildirib ki, Vaşinqton zəfəri Prezident İlham Əliyevin siyasi qətiyyəti və diplomatik bacarığının nəticəsidir.

Tədbirdə, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər doktoru Ramilə Dadaşova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış edərək Vaşinqton Bəyannaməsi ilə Azərbaycanın yeni tarixi dövrə qədəm qoyduğunu, bu yeni tarixi mərhələnin memarının Prezident İlham Əliyev olduğunu söyləyiblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən alimlərimiz Prezident İlham Əliyevin paraflanmış sülh sazişini uğurla yekunlaşdıracağına tam inanır və hər zaman olduğu kimi, gələcəkdə də bu və digər şərəfli işlərində daim dövlət başçımızın yanında olaraq öz dəstəklərini əsirgəməyəcəklər.

Избранный
32
3
veteninfo.az

4Источники