RU

Hüquq və İnsan Haqları İnstitutu virtual kitabxanadan istifadəyə dair VİDEO TƏLİMAT təqdim edib

Hüquq və İnsan Haqları İnstitutu virtual kitabxanadan istifadə qaydalarını asanlaşdırmaq məqsədilə xüsusi video təlimat hazırlayıb.

QHT.az xəbər verir ki, təqdim edilən videoda istifadəçilərə virtual kitabxananın funksiyaları, nəşrlərin siyahısına baxış, elektron nəşrlərin əldə olunması və digər imkanlardan necə yararlanmaq barədə ətraflı məlumat verilir. Video təlimatın məqsədi institutun virtual kitabxanasına müraciət edən oxucuların hüquqi və elmi nəşrlərdən daha rahat və effektiv şəkildə faydalanmasını təmin etməkdir.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu bu təşəbbüsü ilə hüquqi biliklərin geniş kütlələr arasında əlçatanlığını artırmağa çalışır.

 

 

Pərvanə Fərhadqızı

Избранный
79
qht.az

1Источники