RU

"Qalatasaray" zədələnən Osimhenin yerinə ulduz futbolçunu transfer edir

"Qalatasaray" Viktor Osimhenin millidəki zədəsi və Mauro İkardinin 90 dəqiqə oynaya bilməməsi səbəbindən yeni hücumçu almağı nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, "Qalatasaray" “Malyorka”nın futbolçusu Vedat Muriqi transfer edə bilər. Bildirilir ki, Türkiyə nəhəngi futbolçunu birədəflik transfer etmək hüququ ilə icarəyə götürmək istəyir. Məlumata görə, “Malyorka”da 4 hücumçu olduğuna görə, klub Muriqini icarəyə göndərə bilər.

Xəbərdə deyilir ki, “Juventus” Miliki “Qalatasaray”a təklif etsə də, zədəli olduğu üçün rədd edilib. “Qalatasaray” “Udineze”dən təklif edilən Keinanın transferini də qəbul etməyib.

Избранный
40
1
metbuat.az

2Источники