BAKI, 10 sentyabr. TELEQRAF
Yardımlı rayonunun Aşağı Astanlı kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.