Boliviya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığmasına qalib gəlib — 1:0.
Operativ Media xəbər verir ki, oyun El Alto şəhərindəki "Estadio Municipal" stadionunda baş tutub.
Yeganə qolu ilk hissəyə əlavə olunmuş 4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Migel Terceros vurub.
Braziliyalılar yarışı 5-ci yerdə başa vuraraq 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Boliviya braziliyalılar üzərində qələbə sayəsində Venesuelanı qabaqlayaraq 7-ci yeri tutub və dünya çempionatına vəsiqə uğrunda pley-offda çıxış edəcək.