RU

Budapeşt yeni tədarükçü tapdı: Macarıstanı görün hansı ölkə qazla təmin edəcək

Macarıstan ABŞ-ın “Shell” şirkəti ilə uzunmüddətli qaz təchizatı müqaviləsi bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto məlumat verib.

Razılaşmaya əsasən, 2026-cı ildən etibarən Macarıstan hər il 2 milyard kubmetr qaz alacaq. Müqavilə 10 il müddətinə nəzərdə tutulub. Nazir bildirib ki, bu addım ölkənin enerji mənbələrinin şaxələndirilməsinə imkan verəcək.

Hazırda Macarıstanın əsas qaz təchizatçısı Rusiyadır. Siyarto vurğulayıb ki, yeni müqavilə Rusiyadan qaz tədarükünü əvəz etmir, əksinə mövcud idxalı tamamlayır.

Məlumata görə, bu ilin əvvəlindən Macarıstana Rusiyadan 5 milyard kubmetrdən çox qaz nəql olunub. İlin sonuna qədər bu rəqəmin 8–8,5 milyard kubmetrə çatacağı gözlənilir.

Избранный
41
publika.az

1Источники