Fransa yığması ötən gecə Dünya çempionatının seçmə mərhələsində İslandıyanı 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdə hesabı bərabərləşdirən Kilian Mbappe milli komandada qollarının sayını 52-yə çatdırıb. Bununla da o, əfsanəvi Tyerri Anrini (51) geridə qoyub.
Onun önündə artıq yalnız bir nəfər var - Olivye Jiru. Jirunun aktivində 57 qol var.