RU

Tramp "ədəbsiz açıqca" ittihamını RƏDD ETDİ

ABŞ Prezidenti Donald Tramp yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı məhkum edilmiş maliyyəçi Cefri Epsteyinə hədiyyə edilmiş açıqcalardakı ədəbsiz rəsmlərlə bağlı ittihamları “cəfəngiyyat” adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində danışıb.

“Bu mənim imzam deyil, mən belə danışmıram və fəaliyyətimi işıqlandıran hər kəs deyəcək ki, bu mənim üslubum deyil. Bu cəfəngiyyatdır,” - deyə Tramp açıqcanın müəllifliyi ilə bağlı ittihamlara cavab verib.

Ağ Evin mətbuat katibi Karolayn Livit bir gün əvvəl bildirmişdi ki, Tramp tərəfindən Epşteyn üçün guya çəkilmiş ədəbsiz açıqca saxtadır.

8 sentyabrda "The Wall Street Journal" yazıb ki, ABŞ Konqresinə 2003-cü ilə aid təbrik kitabının surəti təqdim olunub. Həmin kitabda Epşteynin 50 illik yubileyi üçün guya Tramp tərəfindən göndərilmiş ədəbsiz açıqca yer alır.

Избранный
96
publika.az

1Источники