RU

Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir

"Systra Sa Şirkəti" nin Azərbaycan Respublikasindaki Filiali ləğv olunduğunu elan edir.

FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 97, mənzil 46 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu filial 22 yanvar 2010-cu ildə yaradılıb. Qanuni təmsilçisi esmaeil Ghahremani Rahmandır.

SYSTRA mobillik sektorunda mühəndislik və konsaltinq qrupudur və fəaliyyət sahələrinə dəmir yolu və ictimai nəqliyyat daxildir. SYSTRA-nın bütün dünyada 10,300 nəfərə yaxın işçisi var. Baş ofisi Fransanın Paris şəhərində yerləşir.

Избранный
26
fed.az

1Источники