RU

Məhkəmə Trampın bu qərarını da ləğv etdi: FED üzvü işində qaldı

Kolumbiya Dairəsi üzrə Federal Məhkəmə ABŞ prezidenti Donald Trampın Liza Kuku Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının (mərkəzi bank kimi fəaliyyət göstərən FED) üzvü vəzifəsindən azad etmək qərarını müvəqqəti olaraq ləğv edib.

Musavat.com xəbər verir ki, qərar sentyabrın 9-da məhkəmənin elektron məlumat bazasında dərc edilib.

Sənəddən belə məlum olur ki, işə baxan hakim Gia Kobb Kukun vəsatətini təmin edib. Hakimin qərarına görə, Kuk ən azı bu məhkəmə prosesinin sonuna qədər Trampın işdən çıxarılmasının səbəbini daha əvvəl göstərdiyi əsaslarla tutduğu vəzifədən uzaqlaşdırıla bilməz. Bununla belə, Kobb Amerika liderinin bu addımı atmaq üçün lazımi səlahiyyətə malik olub-olmaması ilə bağlı hələlik yekun qərar verməyib.

Qeyd edək ki, Tramp avqustun 25-də FED üzvü kimi səlahiyyəti 2038-ci ildə bitəcək Kuku tutduğu vəzifədən azad etdiyini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb nəzarət orqanının onu ipoteka krediti alanda dələduzluqda ittiham etməsidir. Amerika lideri bu qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb. Kuk buna cavab olaraq, istefaya getmək niyyətində olmadığını və vəzifələrini yerinə yetirməyə davam edəcəyini açıqlayıb. O, həmçinin məhkəmədə Trampın qərarına etiraz edib.

Kukun vəkili Ebbi Louell təkid edir ki, Trampın onu vəzifədən uzaqlaşdırmağa “səlahiyyəti yoxdur”: "Onun yalnız nəzarət orqanından tövsiyə məktubu əsasında onu işdən çıxarmaq cəhdinin heç bir fakt və ya qanuna əsası yoxdur".

Musavat.com

Избранный
34
musavat.com

1Источники