RU

"Azğın Netanyahu hökuməti bölgəni fəlakətə sürükləyir” –Ərdoğandan sərt ittiham

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin bu gün Dohada HƏMAS nümayəndə heyətinə qarşı həyata keçirdiyi hücuma sərt reaksiya verib.

Ərdoğan bəyan edib ki, bu addım azğın Netanyahu hökumətinin bölgədə qarşıdurmanı və qeyri-sabitliyi dərinləşdirmək niyyətini bir daha göstərib: "Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, qardaş ölkə Qətərin təhlükəsizliyini və əmin-amanlığını hədəf almışdır. Bu hücumu qətiyyətlə lənətləyirəm".

Türkiyə lideri bildirib ki, Ankara həm Fələstin xalqının, həm də strateji tərəfdaşı Qətərin yanında olacaq: "Türkiyə bütün imkanları ilə fələstinli qardaşlarının, müttəfiqi, strateji tərəfdaşı və dostu olan Qətər Dövlətinin yanındadır. Terrorizmi dövlət siyasəti halına gətirənlər heç vaxt məqsədlərinə çata bilməyəcəklər".

Ərdoğan vurğulayıb ki, İsrailin bölgəni fəlakətə sürükləyən siyasəti qarşısında Türkiyə mövqeyindən geri çəkilməyəcək: "İsrailin, özü ilə birlikdə bütün bölgəni fəlakətə sürükləməyi hədəfləyən quldurluqları qarşısında qətiyyətli və prinsipial mövqeyimizi qoruyacaq; nə bahasına olursa-olsun sülhü, beynəlxalq hüququ və Fələstin xalqının azadlığını müdafiə etməyə davam edəcəyik".

Ərdoğanın çıxışı həm Türkiyə-Qətər strateji ittifaqının güclənməsini, həm də İsrailə qarşı sərt mövqeyin davamlılığını təsdiqləmiş oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
1
olaylar.az

2Источники