RU

Doha vuruldu, Türkiyə qarışdı: Hücumla bağlı SENSASİYA Cəmi 8 dəqiqə əvvəl...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Qətərin paytaxtı Dohaya hücumu beynəlxalq siyasi aləmdə ciddi rezonans doğurub. Məlumata görə, HƏMAS heyəti ABŞ Prezidenti Donald Trampın atəşkəslə bağlı təkliflərini müzakirə etmək üçün Dohaya toplanıb.

Globalinfo.az xəbər verir ki, İsrail ordusunun təşkilat üzvlərinin hərəkətlərini izlədiyi və toplanma anında hücuma keçdiyi bildirilir.

Xarici KİV İsrailin əsas hədəfinin HƏMAS-ın Qəzza lideri Xəlil əl-Hayya olduğunu yazıb. Lakin o və digər yüksək səviyyəli nümayəndələrin hücumdan xilas olduğu deyilir. İddialara görə, qruplaşmanın toplanma prosesini Türkiyə kəşfiyyatı müşayiət edib.

Hətta Qətər mətbuatı hücumdan cəmi 8 dəqiqə əvvəl Türkiyə kəşfiyyatının yerli kəşfiyyat xidmətini məlumatlandırdığı, beləliklə HƏMAS rəhbərinin toplantı binasından kənarlaşdırıldığına dair məlumat yayıb.

İsrail ordusunun hücum zamanı radarlara düşməyən silahlardan istifadə etdiyi deyilir. Donald Tramp hücumun İsrailin Baş naziri Benyamin Netanyahunun qərarına əsasən həyata keçirildiyini və məsələ ilə əlaqəsinin olmadığını desə də, Təl-Əvivin Vaşinqtonla razılaşdırdıqdan sonra hərəkətə keçdiyi güman edilir.

Türkiyədə nə baş verir? 

Dohaya hücum bütün dünya ölkələri ilə yanaşı Türkiyədə də böyük narazılıq və narahatlıqla qarşılanıb. Hətta bir çox analitik və sosial şəbəkə istifadəçisi növbəti hədəfin Türkiyə olacağını deyir. İsrailli jurnalist Meir Masrinin sosial şəbəkə hesabında “Dohaya hücum edən, Ankaraya da edə bilər” sözlərinin qeyd olunduğu paylaşım isə rezonans doğurub. Bunu Türkiyəyə açıq təhdid kimi qiymətləndirənlər olsa da, tam əksini iddia edənlər də var. Bəzi analitiklərin fikrincə, sadəcə Türkiyə ictimaiyyətində İsrailə münasibətdə mövcud olan gərginliyin artması ilə bağlı bir növ təşviqat kampaniyası aparılır. Yəni kənar qüvvələr mövcud qarşıdurmanın alovlanması üçün türk ictimaiyyətində qorxu yaratmağa çalışırlar, amma heç bir hücum planlanmır.

Lakin Qətər kəşfiyyatının Türkiyə kəşfiyyatının adını verməsi və yayılan iddialar bir sıra suallar doğurur.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Dohaya hücumla bağlı narahatlığını müvafiq tərəfə çatdırıb.

Ayşən Mustafa

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
globalinfo.az

1Источники