RU

“Ərimi öldürməklə hədələyir, məni təhdid edir” Foto

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyəli müğənni Ece Seçkin uzun müddətdir təqib və təhdidlərə məruz qaldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, artıq 4 ildir həmin şəxs tərəfindən özü və yaxın dostları təhdidlərə məruz qalırmış.

Lakin sözügedən kişi artıq E.Seçkinin əri Çağrı Terlemezi ölümlə hədələdiyi üçün o, Ədliyyə Nazirliyinə müraciət edib.

Seçkin bildirib ki, şübhəli şəxs polis bölməsindədir, lakin qısa müddətdə azadlığa buraxılması ehtimalı onları narahat edir. O, “Xahiş edirəm, bu şəxsin azadlığa buraxılmasına imkan verməyin” deyərək səlahiyyətlilərə müraciət edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
qafqazinfo.az

1Источники