RU

Nepalda hökumət sarayı tamamilə məhv oldu

Nepalda “Sheetal Niwas” hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.

Axar.az xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.

Məlumata görə, yanğınsöndürmə briqadaları hadisə yerinə belə gəlməyiblər.

“Sheetal Niwas” Asiyanın ən böyük saraylarından biri hesab olunur.

Qeyd edək ki, Nepalda hökumətin Feysbuk, X və Yutub daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.

Избранный
41
9
axar.az

10Источники