RU

Mütvalı Şıxlınskinin həbs müddəti uzadıldı, maddəsi ağırlaşdırıldı

Rusiyanın Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskinin oğlu Mutvalı Şıxlinskinin həbs müddətini dekabrın 14-dək uzadıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, onun ittiham olunduğu maddə daha da ağırlaşdırılıb.

Qeyd edək ki, M.Şıxlınski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunurdu, indi isə ona həmin maddənin 2-ci hissəsi tətbiq edilib.

M.Şıxlınski atasının Rusiya hüquq-mühafizə orqanları tərədindən qanunsuz və zorakı yolla həbsi zamanı “hökumət rəsmisinə” qarşı zorakılıq göstərməkdə ittiham olunaraq saxlanıb. Bu, rəsmi Bakı tərəfindən Rusiyada Azərbaycan diasporuna qarşı hüquqazidd təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməkdədir.

Избранный
41
3
axar.az

10Источники