RU

Timoteuş Puxaç “Sabah”da - Rəsmi

Almaniyanın “Holştayn Kil” klubunun polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı futbolçu “Holştayn Kil”dən 1 illik icarəyə götürülüb. Polşalı müdafiəçi 2025/2026-cı illər mövsümünün sonunadək “bayquşlar”ın uğurları üçün çalışacaq.

Timoteuş Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebye Sosnovets” (2018), “Katovitse” (2018/2019), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/2024), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib.

Timoteuş Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2021-ci ildə əsas millidə debüt edib. O, yığmanın heyətində 15 oyun keçirib, 3 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Избранный
11
5
arena.az

8Источники