ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"İtaətsiz Fransa" partiyası Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması üzrə qətnamə layihəsini parlamentə təqdim edib".
Oxu.Az-ın BFMTV-yə istinadən verdiyi xəbərə görə, bunu partiyanın Milli Assambleyadakı fraksiyasının sədri Matilda Pano bildirib.
"Bayru hökuməti istefaya gedib. Makron onun ardınca getməlidir", - deyə o vurğulayıb.
Pano hesab edir ki, Makron Fransadakı qeyri-sabitliyə görə məsuliyyət daşıyır:
"Bu gün biz Makronun impiçmenti ilə bağlı vəsatət vermişik".
Sənədi əksəri "İtaəsiz Fransa"nın üzvləri olan 86 deputat imzalayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.