RU

Putin QƏSDƏN müharibəni uzadır Tramp

ain.az bildirir, Bakupost portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün fəaliyyətlərini davam etdirəcək.

Bakupost.az xəbər verir ki, o, BBC jurnalisti ilə söhbətində bildirib.

Söhbət zamanı o qeyd edib ki, Ukraynadakı münaqişənin həllinin hamısından “asan” olduğunu düşünürmüş, lakin liderlər arasında “qarşılıqlı düşmənçilik” səbəbindən vəziyyət mürəkkəbləşib:

“Mən deyirdim, bu, hamıdan asan münaqişə olmalıdır, çünki mən Vladimir Putinlə çox yaxşı anlaşıram . Bununla belə, vəziyyət mürəkkəbdir, çünki onunla Vladimir Zelenski arasında çoxlu nifrət, çoxlu kin var”.

Tramp həmçinin bildirib ki, Rusiya Ukrayna münaqişəsi ilə bağlı qərarları bilərəkdən gecikdirir. Onun sözlərinə görə, hər dəfə danışıqlarda irəliləyişə yaxın görünəndə Moskva yeni hücumlarla cavab verir:

“Hər dəfə mən həllə yaxın olduğumuzu düşünən, o götürüb kiminsə üzərinə bir bomba atır – və bu, tamamilə qəbuledilməzdir”.

Buna baxmayaraq, Amerika lideri Ukrayna böhranının həllinə nail olmaqda qətiyyətli olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
www.bakupost.az

2Источники