RU

Ərdoğan: İsrailin hücumu Netanyahu hökumətinin niyyətini göstərir

“İsrailin hücumu Netanyahu hökumətinin niyyətini üzə çıxarıb.”

Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin HAMAS nümayəndə heyətinə hücumuna münasibət bildirərkən deyib.

Ərdoğan bildirib ki, bu hücum Netanyahu hökumətinin münaqişə və qeyri-sabitliyi dərinləşdirmə niyyətində olduğunu göstərib.

“Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, qardaş Qətərin təhlükəsizliyini və rifahını hədəf almışdır. Hücumu lənətləyirəm.”, - Ərdoğan əlavə edib.

Избранный
10
50
missiya.az

10Источники