RU

Kallas: “Putin Ukraynada sülhün olmasında maraqlı deyil”

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“O məcbur qalmayana qədər müharibəni dayandırmayacaq"

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülhün əldə olunmasında maraqlı deyil. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Kallas bu barədə Avropa Parlamentində çıxışı zamanı deyib.

"Putinin sülhdə marağı sıfırdır. O məcbur qalmayana qədər müharibəni dayandırmayacaq", - o deyib.

Diplomatiya rəhbəri həmçinin vurğulayıb ki, Avropa Rusiyanı cilovlamaqda davam etməkdə qərarlıdır.

“Rusiya Ukraynanın əzmini qırmayıb, bizimkini də sındırmayıb”, o deyib.

Kallasın fikrincə, Rusiya müharibədə qalib gələ bilməyəcək. O qeyd edib ki, Moskva döyüş meydanını tərk etməli və Ukrayna ilə danışıqlara başlamalıdır.

Diplomat onu da vurğulayıb ki, sülh bərqərar olduqdan sonra Rusiyanın yenidən silahlanmasına icazə verilməməlidir.

Avropa diplomatiyasının rəhbəri həmçinin bildirib ki, Aİ ölkələri oktyabr ayına qədər Ukraynaya 2 milyon artilleriya mərmisi vermək niyyətindədir.

"Aİ-yə üzv dövlətlər indi də hədəfimiz olan 2 milyon patronun 80%-ni təmin ediblər. Oktyabr ayına qədər 100% təmin etməyi planlaşdırırıq", - Kallas bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
ayna.az

1Источники