RU

Meydanda əsl gücümüzü göstərməyə çalışdıq Ayxan Abbasov

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan millisinin qazandığı ilk xal yığmaya əlavə güc verəcək".

Fanat.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə bitən qarşılaşmanı belə şərh edib:

"İnşallah, yaxşı çıxışlarımız çox olar. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm. Meydanda ısl gücümüzü göstərməyə çalışdıq. Çoxdandır yığmada ruh düşkünlüyü var idi. Bəlkə də, futbolçular təzyiq altında çıxış edirdilər. Bizə çətin anlarımızda dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnşallah, qazandığımız bu xal yığmaya əlavə güc verəcək".

O, 1 gün ərzində komandada müəyyən dəyişikliklər edə bildiklərini söyləyib:

"Vaxtımız hədsiz az idi. 1 gün ərzində nə etmək olardısa, onu etdik. Çalışdıq ki, yığmanın psixoloji durumunu qaldıraq. Rəqibi təhlil etmək üçün də vaxtımız məhdud idi. Çalışırdıq ki, rəqibin hücumlarının qarşısını alaq".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
5
fanat.az

10Источники