RU

Dohaya hücum Yaxın Şərq üçün xəbərdarlıqdır İsrail parlamentinin spikeri

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İsrail özünü və vətəndaşlarını qorumaq üçün lazım olanı edəcək!”

Globalinfo.az xəbər verir ki, bu fikirləri İsrail parlamentinin (Knesset) spikeri Amir Ohana İsrailin Dohaya hücumları ilə bağlı “X” hesabındakı paylaşımında qeyd edib.

Amir Ohana hücumu Yaxın Şərq regionu üçün ciddi xəbərdarlıq kimi qiymətləndirib. 

“Bu, bütün Yaxın Şərqə bir mesajdır! İstər gizlənmək, istərsə də uzaqda olmaq heç kim üçün toxunulmazlıq demək deyil. İsrail özünü və vətəndaşlarını qorumaq üçün lazım olanı edəcək”, – deyə o, paylaşımında bildirib.

Ohana əlavə edib ki, İsrailin terror təşkilatlarına qarşı apardığı əməliyyatlar lokal deyil, bütün regionda balansı dəyişəcək prosesin tərkib hissəsidir. Onun sözlərinə görə, HƏMAS və onun tərəfdarları harada olursa-olsun, cavablarını alacaqlar.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
globalinfo.az

1Источники