RU

"Meydançanın vəziyyəti yaxşı deyildi" - Ukrayna millisinin baş məşqçisi

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən matçda millimizlə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Sergey Rebrov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Sizcə, bu gün niyə xal itirdiz?
- Bütün komandaların layiqincə qiymətləndirilməli olduğunu demişdik. Həmçinin, meydança yaxşı vəziyyətdə deyildi. Son 10 dəqiqədə qələbə qolunu üçün əlimizdən gələni etdik. Amma olmadı.

- Azərbaycan millisi sizi nəylə təəccübləndirdi?
- Bu gün problem rəqibdə yox, komandamda idi. Azərbaycan yığması əks-hücumlara üstünlük verdi. Yenə deyirəm, meydançanın vəziyyəti yaxşı deyildi.

- İlk dəfə deyil ki, problem yaşayırsız. Səbəb nədi?
- Ukrayna xalqından üzr istəyirəm. 1:0 hesabıyla qalib gəlsək belə bunu edəcəkdim. Futbolçularımızın psixoloji problemləri var. Ukraynadakı müharibə davam edir. Məncə, onlara dəstək olmalıyıq. Hansısa xoşagəlməz fikir səsləndirməməliyik.

- Çempionlar Liqasında Ukrayna komandası yoxdu. Buna görə, ümidli azarkeşlər millidən qələbə gözləyirdi. Niyə buna nail ola bilmədiz?
- Komandamın rəqibdən zəif oynadığını düşünmürəm. Azərbaycan yığmasının heyətində Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın futbolçuları var. Bunun da matça təsiri oldu. Həmçinin, hücumlar zamanı yaxşı oynamadıq.

- Stadionda çoxlu Ukrayna bayrağı var idi. Sizə də dəstək nümayiş etdirildi. Bu haqda fikirləriniz necədi?
- Bu cür mənzərənin şahidi olmaq çox yaxşı hiss etdirir. Hər birinə təşəkkür edirəm. Polşadakı matçda bu cür atmosfer yox idi...

- Penalti epizodlarını necə dəyərləndirirsiz?
- Birinci penlti epizodunu izləmədim. İkinci epizoda gəlincə, həmişə futbolçularımdan rəqibin cərimə meydançasında daha diqqətli, habelə sərt və aqressiv olmasını tələb etmişəm.

KƏNAN BAHADIR

Избранный
102
1
football-plus.az

2Источники