RU

Ayxan Abbasov: "Millimiz Ukrayna ilə oyunda xarakter göstərdi"

“Bu gün futbolçular üzərlərinə düşəndən artığını etdilər”

News24.az xəbər verir ki, bunu Azərbaycan millisini Ukrayna ilə qarşılaşmaya çıxaran baş məşqçi Ayxan Abbasov oyundan sonra açıqlama verərkən deyib. 

“Öncə hər kəsi təbrik edirəm. Buna ehtiyacımız var idi. Son hadisələrdən sonra bu qələbə çox önəmli oldu. Futbolçular üzərlərinə düşəndən artığını etdilər. Sadəcə bir gün vaxtımız oldu, amma dünəndən çox danışdıq. Təcrübəli futbolçular bu gün xarakter göstərdilər. Rəqibimiz Ukrayna idi, uduza da bilərdik. Azarkeşlərə də təşəkkür edirəm. Milli komandamıza ruh və sistem lazımdır”, – deyə Abbasov bildirib.

Избранный
98
news24.az

1Источники