Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib.
AFN.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya mütəxəssisi Domeniko Tedesko ilə razılığa gəlib.
Məlumata görə, 39 yaşlı çalışdırıcı bu gün İstanbula gələrək 2027-ci ilin yayına qədər komanda ilə müqavilə imzalayacaq.
Qeyd olunur ki, Tedesko son olaraq Belçika millisində çalışıb. O, həmçinin Almaniyanın “Şalke”, “Leypsiq” və Rusiyanın Moskva “Spartak” klublarına rəhbərlik edib.