ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı açıqlama verib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
O bildirib ki, bu məsələ əvvəlcə Vaşinqton üçün “ən sadə” görünürdü, lakin Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasındakı qarşılıqlı düşmənçilik prosesi xeyli çətinləşdirib.
Tramp qeyd edib ki, o və həyat yoldaşı Melaniya Putinlə yaxşı münasibətlərə sahibdirlər, lakin Ukraynadakı münaqişənin hələ də başa çatmamasından məyusdurlar. ABŞ lideri həmçinin Avropa ölkələrinin iştirakı ilə “maraqlı danışıqların” davam etdiyini vurğulayıb.
Nuriyyə NATİQQIZI