RU

Zəngilan və Cəbrayıla ehtiyac olmadığı halda dotasiya ayrılıb

Zəngilanda yerli gəlirlərin təsdiq edilən gəlirlərə nisbətən 1 milyon 15 min manat artıq yığılmasına, yerli xərclərin isə təsdiq edilən xərclərə nisbətən 651 min manat az icra edilməsinə baxmayaraq,47 min manat situasiya alınıb.

Teleqraf Hesablama Palatasının apardığı auditin nəticələrinə istinadən xəbər verir ki, eyni hal digər rayonlar üzrə də təkrarlanıb. Belə ki, Yardımlı, Xocalı və Cəbrayıl rayonlarında yerli xərclər proqnozlaşdırılandan az icra edilərək, dotasiyaya zərurət qalmadığı halda, həmin rayonlara dotasiya verilib.

Bundan əlavə Kəlbəcər rayonu üzrə gəlir və xərc arasındakı çatışmazlığın 234 min manat olmasına baxmayaraq, 869 min manat və ya lazım olan dotasiyadan 635 min manat çox, Xocavənd rayonu üzrə isə lazım olan dotasiyadan 73,0 min manat çox dotasiya ayrılıb.

Избранный
8
teleqraf.com

1Источники