RU

U-21 milli komandası Bolqarıstanla heç-heçə etdi

BAKI, 9 sentyabr. TELEQRAF

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan millisini qəbul edib.

Teleqraf xəbər verir ko, “Dalğa Arena”da keçirilən qarşılaşma heç-heçə ilə bitib -1:1.

Matçı albaniyalı FIFA referisi Florian Lata idarə etdiyi qarşılaşmada yığmanın qolunu 41-ci dəqiqə Emin Rüstəmov vurub. Rəqibin heyətində isə 44-cü dəqiqə Nikola İliyev fərqlənib.

U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxarıb.

Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşündə sentyabrın 5-də səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub.

Избранный
60
teleqraf.com

1Источники