BAKI, 9 sentyabr. TELEQRAF
"Ermənistan müxalifəti tükənib".
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Yerli müxalifətin Azərbaycan-Ermənistan razılaşmalarına münasibətinə toxunan spiker qeyd edib:
"Artıq beş ildir eyni sözləri deyirsiniz. Xoşbəxtlikdən sözləriniz də tükənib. Artıq diktə edə, gündəmi formalaşdıra bilmirsiniz və heç vaxt formalaşdıra bilməyəcəksiniz".
Simonyan Ermənistan müxalifətini bu istiqamətdə düşünməyə çağırıb.