RU

Rusiyanın Yarovayaya zərbələri nəticəsində ölənlərin sayı 24-ə çatıb, 19 nəfər yaralanıb - Yenilənib

Ukraynanın Donetsk vilayətinin Kramatorsk rayonunun Yarovaya kəndinə Rusiya aviasiyasının endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb...

"Report" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalında məlumat verilib.

"Rusiya aviasiyasının Kramatorsk rayonunun Yarovaya kəndinə endirdiyi kinli zərbə nəticəsində 24 nəfər həlak olub, 19 nəfər yaralanıb. Hadisə yerində bütün fövqəladə xidmətlər işləyib. Xilasedicilər iki yaralını stabilləşdirmə məntəqəsindən tibb müəssisəsinə çatdırıb və düşmənin atəşi nəticəsində başlayan yanğını söndürüblər", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya hərbçiləri Yarovaya kəndində yerləşən "Ukrpoşta" mobil məntəqəsinə havadan zərbələr endirib.

***

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətindəki (Ukrayna) Yarovaya qəsəbəsinə endirdiyi zərbə nəticəsində ən azı 20 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" səhifəsində yazıb.

O vurğulayıb ki, dünya Rusiyanın bu zərbələrinə mütləq şəkildə lazımi reaksiya verməlidir.

Poliqon.info

Избранный
18
3
poliqon.info

4Источники