RU

İsrail Dohaya zərbə endirdi: Hədəfdə HƏMAS rəhbərliyi

İsrail

İsrail Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. İlkin məlumata görə, hədəf orada iclas üçün toplaşan HƏMAS rəhbərliyi olub.Çərşənbə axşamı Dohada bir neçə partlayış səsi eşidilib, şahidlər tüstü gördüklərini bildiriblər. Axios nəşrinin məlumatına görə, bu, İsrailin HƏMAS nümayəndələrinə qarşı həyata keçirdiyi zərbə olub.İsrail Müdafiə Ordusu regionun adını çəkmədən bəyan edib ki, 7 oktyabrda İsrailə hücumlara birbaşa cavabdeh olan HƏMAS rəhbərliyinə zərbə endirib. Əməliyyat İsrail təhlükəsizlik və əks-kəşfiyyat xidməti ŞABAK ilə birgə keçirilib.“Zərbədən əvvəl mülki əhali arasında itkiləri minimuma endirmək üçün yüksək dəqiqlikli silahlardan və əlavə kəşfiyyat məlumatlarından istifadə edilib”, – deyə bəyanatda vurğulanıb.Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatın İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib.Ulusum.az

Diqqət Çəkənlər

İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Avstraliyada qohumlarını zəhərləyən qadın ömürlük həbs cəzası aldı

Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb

Избранный
4
ulusum.az

1Источники