Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacıvərdlilər" Domeniko Tedesko ilə 2 illik anlaşıb. Artıq italiyalı mütəxəssisin köməkçilərindən biri məlumdur. Bu, uzun illər Türkiyə yığmasının və "Fənərbağça"nın formasını geyinmiş Gökan Gönüldür.