RU

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib  

Sentyabrın 10-u axşamdan 14-dək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müddətdə Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq, fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Избранный
73
40
azerbaijan-news.az

10Источники