RU

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Sentyabrın 9-da “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201120018 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AZ0201120018 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 140,9 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.2674 (gəlirlilik 7,5202%) və kəsmə qiyməti 100.7901 (7.7000%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 09 sentyabr 2028-ci ildir.

XXX

9 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, 1080 günlü Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçirilmişdir. 

İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:

Emitent: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli, dövlət istiqrazları 

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ0201120018

İstiqrazların tədavül müddəti:  1080 gün

Buraxılış həcmi:  20 000 000 manat

Nominal dəyəri: 100 manat

Minimal qiymət:  92.5067 (11.0000 %) manat

Maksimal qiymət:  101.8558 (7.3000%) manat

Kəsmə qiyməti:  100.7901 (7.7000%) manat

Ortaçəkili qiyməti:  101.2674 (7.5202%) manat

Reallaşdırılmış həcmi:  9 874 800 manat

Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 140 864 100 manat

İnvestor sayı:  26

Sifarişlərin sayı:  62

Ödəmə tarixi:  09.09.2028

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Избранный
22
9
marja.az

10Источники