RU

Rusiyanın faşist mediası daha bir azərbaycanlı lideri hədəfə aldı: Bəhruz Hümbətov deputatdır və...

Udmurtiyada azərbaycanlı diaspor nümayəndəsinə qarşı Z-təbliğat hücumu

Musavat.com xəbər verir ki, Rusiyanın regionlarında yaşayan azərbaycanlı diaspor nümayəndələri yenidən hədəfə alınıb. Bu dəfə hücum dalğasının ünvanında İjevsk şəhər Dumasının deputatı, hakim “Yedinaya Rossiya” partiyasından namizəd olmuş, uzun illər yerli siyasətdə tanınan Hümbətov Bəhruz Əli oğlu dayanır.

1536749365_behruz-ijevski-1.jpg

Bəhruz Hümbətov eyni zamanda “Udmurtiya Azərbaycan İctimai Mərkəzi Dostluq”un sədr müavinidir. Onun adı müxtəlif vaxtlarda həm yerli merlərlə görüşlərdə, həm də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktublarda çəkilib. Lakin məhz bu fakt indi rus mediasında “ittiham” kimi təqdim edilir – guya Bəhruz Hümbətov seçicilərin sosial problemlərindən çox Azərbaycana uçuş biletlərinin qiyməti ilə maraqlanır.

Halbuki, məlumdur ki, Rusiyadakı azərbaycanlı diaspor təşkilatları Azərbaycanla yanaşı, yerləşdikləri bölgələrdə də sosial layihələrdə iştirak edir və yerli hakimiyyətlə əməkdaşlıq əlaqələri qururlar. İjevsk meri ilə görüşlər, müxtəlif ictimai təşəbbüslər bunun bariz nümunəsidir.

Ancaq indi Bəhruz Hümbətovun 2025-ci ildə keçirilən yerli “praymeriz”də yenidən uğur qazanması bəzilərini narahat edib. Onun əleyhinə aparılan kampaniya açıq-aşkar qərəzli xarakter daşıyır və rus Z-təbliğat mediasının yeni “diaspor düşməni” axtarışının məhsuludur.

Musavat.com-un şərhi:

Rusiyanın Z-faşist mediası artıq uzun müddətdir Azərbaycan diasporunu hədəf seçib. Xantı-Mansiysk (XMAO) və İvanovo vilayətindəki qalmaqallardan sonra indi də Udmurtiya ön plana çəkilir. Məqsəd aydındır – soydaşlarımızın Rusiyanın ictimai-siyasi həyatında rolunu zəiflətmək, onları şantaj və təhdid altında saxlamaq.

Unutmayaq ki, Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik sazişi mövcuddur. Formal olaraq Azərbaycan kökənli Rusiya vətəndaşlarının öz tarixi vətənlərinə müraciət etməsi, Prezident İlham Əliyevə məktub yazması “dost ölkəyə müraciət” sayılmalıdır. Lakin bu, Z-təbliğatçılar tərəfindən “cinayət” kimi qələmə verilir.

Rus faşist mediasının təzyiqləri nəticəsində diaspor lideri Asif Məmmədov dünən seçkidən çəkilməyə məcbur edilmişdi. İndi isə növbəti hədəf Bəhruz Hümbətovdur.

Bu proses göstərir ki, Rusiyanın informasiya müharibəsi artıq yalnız xarici arenada deyil, öz daxilindəki milli icmalara qarşı da aparılır. Azərbaycan diasporu isə bu basqılara baxmayaraq, həm öz vətəndaşlıq borcunu, həm də milli kimliyini qorumağa çalışır.

Musavat.com-a görə Rusiyanın regionlarında yaşayan soydaşlarımızı “təhlükə mənbəyi” kimi təqdim etməsi, əslində, Z-faşist ritorikasının yeni formasıdır. Onların yeganə “suçu” isə ana vətənləri Azərbaycana sevgi və hörmət bəsləməkdir.

Musavat.com

Избранный
52
2
musavat.com

10Источники