Bakı. Trend:
Sentyabrın 9-da “Bakı Fond Birjası” QSC-də AzərbaycanRespublikası Maliyyə Nazirliyinin AZ0201120018 ISIN kodlu, tədavülmüddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrəhərrac keçirilib.
Bu barədə Trend Maliyyə Nazirlyinə isitnadən xəbər verir.
Məlumata görə, AZ0201120018 ISIN kodlu dövlət istiqrazları üzrəinvestorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrəümumi məbləği 140,9 milyon manat təşkil edib.
"Maliyyə Nazirliyi tərəfindən 9,9 milyon manat məbləğində dövlətistiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti101.2674 (gəlirlilik 7,5202%) və kəsmə qiyməti 100.7901 (7.7000%)səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 09 sentyabr 2028-ci ildir", - deyəməlumatda qeyd edilib.