RU

Əfsanələrdən ikisi Premyer Liqanın Şöhrət Zalına seçiləcək

Tezliklə İngiltərə Premyer Liqasının Şöhrət Zalına yeni futbolçuların adları daxil ediləcək.

Publika.az xəbər verir ki, bu barədə turnirin saytı məlumat yayıb.

15 namizəd arasından 2 keçmiş futbolçu seçiləcək. Qaliblər açıq səsvermə yolu ilə müəyyən olunacaq. Premyer Liqanın Şöhrət Zalı liqanın yaranmasından bəri xüsusi nailiyyətlər qazanan və çempionatın inkişafına böyük töhfə verən şəxsləri hörmətlə yad etmək üçün təsis olunub. Bu, Premyer Liqanın təqdim etdiyi ən yüksək fərdi mükafatdır.

Dünyanın hər yerindən azarkeşlərə namizədlərin siyahısından seçim etmək imkanı verilir. Səsvermə Premier Liqa tətbiqi və ya rəsmi sayt vasitəsilə keçirilir və 15 sentyabr, Bakı vaxtı ilə saat 15:00-dək davam edəcək.

Azarkeşlərin səsverməsinin nəticələri Premyer Liqanın Şöhrət Zalının 24 hazırkı üzvünə təqdim olunacaq və onlar yekun olaraq iki qalibi seçəcəklər. Qaliblərin adları noyabrın 4-də elan ediləcək.

Избранный
75
publika.az

1Источники