RU

Petrosyan Rusiyaya çağırış etdi: Təcili olaraq...

Sentyabrın 9-da Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb.

Teleqraf xəbər verir ki, bir saatdan artıq davam edən söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olması məsələsi müzakirə olunub.

Petrosyan səfirə bildirib ki, Rusiyanın Cənubi Qafqazda olması “təcili zərurət”dir və “tarix tərəfindən təsdiqlənmiş reallıq”dır.

Keçmiş prezident Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistanı “Ermənistanın etibarlı və vicdanlı” dostları adlandırıb.

Xatırladaq ki, Levon Ter-Petrosyan son zamanlarda tez-tez Ermənistan-Azərbaycan sülh sazişinə müxalifliyi ilə gündəmə gəlir. Avqustun 8-də Vaşinqtonda Bakı və İrəvanın sülh sazişini paraflamasına qarşı çıxan sabiq prezident 1990-cı illərdəki işğal ortağı Rusiyanı prosesə aktiv müdaxiləyə çağırışları ilə də diqqət çəkir.

1990-cı illərdə Azərbaycan əraziləri işğal edilərkən Ermənistana rəhbərlik etmiş Petrosyan tez-tez ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş fikirlər də səsləndirir. Onun ötən həftə yerli KİV-də yayılmış məqaləsi bu baxımdan uydurma iddialar və tarixi saxtakarlıqlarla zəngindir.
Избранный
60
sherg.az

1Источники