RU

"Barselona" Frenki de Yonqun zədəsinin durumunu açıqladı

"Barselona" yarımmüdafiəçi Frenki de Yonqun Niderland millisində çıxış edərkən aldığı zədənin durumunu açıqlayıb.

Operativ Media xəbər verir ki, sentyabrın 4-də Niderland DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşa ilə 1:1 hesablı heç-heçə edib. Oyuna start heyətində çıxan De Yonq zədə səbəbindən 83-cü dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi daha sonra klubuna qayıdıb.

"Frenki de Yonq sağ ayağının xarici obturator əzələsində yüngül zədələnmə keçirib. Sağalma müddəti futbolçunun meydana nə vaxt qayıda biləcəyini müəyyənləşdirəcək", - deyə klubun açıqlamasında bildirilib.

Bu mövsüm 28 yaşlı De Yonq "Barselona"nın heyətində İspaniya çempionatında iki oyunda iştirak edib.

Избранный
51
operativmedia.az

1Источники