RU

Parisdə məscidin qapısına donuz başları atılıb

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gecə naməlum şəxslər Parisdə bir neçə məscidin qapısına donuz başları atıblar.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. 

Paris polisinin rəhbəri Loran Nunet sentyabrın 9-da səhər saatlarında Parisdəki bir neçə məscidin qarşısında donuz başlarının tapıldığını açıqlayıb:

"Dərhal istintaq başladılıb. Bu iyrənc hərəkətləri törədənlərin müəyyən edilməsi üçün lazım olan hər şey edilir", - o, qeyd edib. 

 Bildirilir ki, kəsilmiş donuz başlarından birinin üzərinə "Makron" yazılıb. 

Fransanın daxili işlər naziri Bruno Retaillo baş verənləri “iyrənc təxribat” adlandırıb və Fransa müsəlmanlarına dəstək ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
2
unikal.az

4Источники