RU

Parisdə bir neçə məscidin qarşısında donuz başları tapılıb

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,hadisə Fransada yaşayan müsəlman icmasının böyük narahatlığına səbəb olub. Səlahiyyətlilər bu hərəkəti müsəlmanlara qarşı açıq təhqir kimi qiymətləndirərək, kəskin şəkildə pisləyiblər. Fransa Avropada 6 milyondan çox müsəlman əhalisi ilə ən böyük müsəlman icmasına sahib ölkədir. Müsəlmanlarda donuz heyvanı murdar hesab edilir və bu cür hərəkətlər onların dini inancına qarşı ciddi təhqir kimi qəbul olunur. Paris polisinin rəhbəri Laurent Nunez sosial şəbəkə platforması “X”də yayılan açıqlamasında bildirmişdir ki, “Dərhal istintaq başladılıb və bu alçaq hərəkətlərin səbəbkarlarını tapmaq üçün hər şey edilir.” Paris prokurorluğunun məlumatına görə, paytaxtda ən azı iki məscidin qarşısında və şəhərdən kənarda yerləşən başqa bir məscidin qarşısında donuz başları tapılıb. Bundan başqa, şəhərin şimalında yerləşən məscidin qarşısındakı çamadanda da donuz başı aşkar edilib. Hadisə yerində tapılan bir donuz başının üzərində “Makron” sözü mavi rənglə cızılmışdı. Bu isə Fransa prezidenti Emmanuel Makronun siyasi və maliyyə böhranı ilə əlaqədar açıq-aşkar bir işarə kimi qiymətləndirilir. Paris polis bölməsi hadisəni nifrətə təhrik və ayrı-seçkilik ittihamları ilə araşdırır. Fransa Daxili İşlər Naziri Bruno Retalleau bu hərəkətləri qətiyyətlə pisləyərək bildirib: “Mən istəyirəm ki, müsəlman soydaşlarımız öz imanlarını sülh və rahatlıq içində yaşaya bilsinlər. Onların incindiyini başa düşürəm və bu cür davranışların qarşısı alınmalıdır.”

 

Избранный
67
Ajans.az

1Источники