BAKI, 9 sentyabr. TELEQRAF
Hərbi rütbə vermək səlahiyyəti olan şəxsə həmin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti də verilməlidir.
Teleqraf xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
.