AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təlim təşkil edib.
"APA-Economics" xəbər verir ki, təlimdə şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi elektron xidmətləri və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi yeniliklər barədə təqdimatlar nümayiş olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə ümumilikdə 30-dan çox media nümayəndəsi iştirak edib.
Qeyd edək ki, “AzInTelecom”un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.


