RU

"Qarabağ"ın rəqibi ulduz futbolçusunu uzun müddətə itirdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan Bilbao "Atletik"inin ulduz futbolçusu Niko Uilyams sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Vinger DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə səfər oyununda İspaniyanın 6:0 hesabı ilə qalib gəldiyi matçın ilk yarısında zədələnib. Sol çənə əzələsindən orta dərəcəli zədə alan Uilyams tibbi müayinədən keçib.

"Marca" nəşri isə ulduz futbolçunun altı həftəyə qədər yaşıl meydanlardan kənarda qalacağını iddia edib.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

Mirağa

Избранный
77
1
fanat.az

2Источники