RU

İsrail ordusu Suriyaya hava zərbələri endirib

Ajans.az xəbər verir ki,Suriya dövlət mediasının və yerli mənbələrin yaydığı məlumata görə, hava zərbələri nəticəsində mülki və ya hərbi itkilər barədə hələlik rəsmi məlumat verilməyib, lakin infrastruktura ziyan dəydiyi bildirilir. Suriya Xarici İşlər Nazirliyi hücumlarla bağlı rəsmi bəyanat yayaraq bu addımı ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Nazirlik qeyd edib: “Bu hücumlar Suriyanın təhlükəsizliyi və regional sabitlik üçün birbaşa təhdiddir. Onlar İsrailin ölkə ərazisinə qarşı davam edən və beynəlxalq hüquqa zidd olan təcavüzkar siyasətinin davamıdır.” Nazirlik beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki hərbi əməliyyatlarına qarşı tədbir görməyə çağırıb. İsrail tərəfi isə ənənəvi olaraq hücumla bağlı şərh verməkdən imtina edib. Tel-Əviv əvvəllər bildirib ki, Suriyadakı İranın hərbi mövcudluğu və Hizbullah kimi qruplaşmaların möhkəmlənməsi təhlükəsinə qarşı tədbir görmək hüququnu özündə saxlayır. İsrail son illərdə Suriya ərazisinə qarşı dəfələrlə hava əməliyyatları həyata keçirib və bu hücumların əsas hədəfi adətən İran dəstəkli silahlı qruplar və silah anbarları olur.

 

Избранный
45
50
Ajans.az

10Источники