RU

“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib - FOTOLAR

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təlim təşkil edib.

Təlimdə şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi elektron xidmətləri və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi yeniliklər barədə təqdimatlar nümayiş olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə ümumilikdə 30-dan çox media nümayəndəsi iştirak edib.

Qeyd edək ki, “AzInTelecom”un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.

AZCON Holding AzInTelecom MMC Azərbaycan Milli Mətbuatının 150 illiyi media nümayəndələri təlim elektron xidmətlər rəqəmsal inkişaf təqdimatlar sualların cavablandırılması jurnalistlər informasiya-kommunikasiya texnologiyaları İKT sahəsi rəqəmsal xidmətlər məlumatlılığın artırılması informasiyaların işıqlandırılması media nümayəndəsi.
Избранный
43
17
marja.az

10Источники