Türk kino sənətinin sultanı Türkan Şoray yeni fotosu ilə marağa səbəb olub.
Far.Az xəbər verir ki, o illər sonra "Selvi Boylum Al Yazmalım" adlı filmindəki Elif İnci ilə görüşüb.
O ekran işində Samet adlı kiçik oğlan obrazını canlandırıb.
Aktrisanın Elif İnci ilə olan paylaşımı marağa səbəb olaraq müzakirələr yaradıb.
Xatırladaq ki, "Selvi Boylum Al Yazmalım" 1977-ci ildə çəkilib.
Rollarda Türkan Şoray, Kadir İnanır, Ahmet Mekin, Nurhan Nur, Hülya Tuğlu çəkiliblər.